İran Hərbi Dəniz Qüvvələri öz arsenalını “Talaye” və “Nasir” qanadlı raketləri, həmçinin yeni helikopter sistemləri ilə genişləndirir.
AzerTimes xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bildirib.
O qeyd edib ki, çoxmənzilli “Talaye” raket sistemi bütün uçuş boyu yeni hədəfləri müəyyən etməyə qadirdir. “Nasir” dəniz qanadlı raketi 100 km-dən çox məsafədə yerləşən hədəfi vurmaq gücündədir.