İran iyulun 31-də Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab verməkdən imtina etməyəcək, o, “ağıllı cavab” taktikasına riayət edəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Qriqori Lukyanov deyib.
Onun sözlərinə görə, Tehranın cavab verməkdən imtina etdiyini düşünməyə əsas yoxdur:
“Analitiklərin müşahidə etdiyi hər şey İranın yenə də qisas almaq niyyətində olduğunu göstərir”.