İran güneyli siyasi məhbusun müalicəsinə icazə vermədi

İran güneyli siyasi məhbusun müalicəsinə icazə vermədi

Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, işçi hərəkatı fəalı Rza Şəhabinin xəstəxanaya köçürülməsinə icazə verilməyib.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, bir neçə xəstəlikdən əziyyət çəkən və ürək çatışmazlığı səbəbindən ağır vəziyyətdə olan fəal həbsxana geyimindən imtina etdiyinə görə tibbi yardımdan məhrum edilib.

2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Teqlər: