İran silahlı qüvvələri “Separ-e Hafezan-e Velayat 1402” adlı genişmiqyaslı təlimə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Təlim zamanı müxtəlif elektron döyüş vasitələrindən istifadə bacarıqları təkmilləşdiriləcək.
Təlimlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hava Hücumundan Müdafiə bölmələri iştirak edir.