İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı

İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı

İrana məxsus gəmi Qırmızı dənizdə bir neçə yüngül katerin hücumuna məruz qalıb.

AzerTimes xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin hərbi əməliyyatlar idarəsinin rəis müavini, kontr-admiral Mustafa Tacəddini deyib.

Onun sözlərinə görə, Qırmızı dənizdə missiyada olan “Camaran” esminesinin başçılıq etdiyi müşayiət qrupu ötən gecə həmin dənizdə İran gəmisinə yardım çağırışı ilə bağlı mesaj aldıqdan sonra göstərilən əraziyə gedib. Gəmi əraziyə çatdıqdan sonra hücum qayıqları ilə döyüşə girib.

O əlavə edib ki, müşayiət qrupunun effektiv tədbirləri sayəsində qarşı tərəf geri çəkilib.

Teqlər: