Dəniz kuboku – 2017 bitdi, İran gəmiləri Bakını tərk edir

Dəniz kuboku – 2017 bitdi, İran gəmiləri Bakını tərk edir

“Dəniz kuboku – 2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 22-də Azərbaycana gələn İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən” və “Peykan” raket katerləri avqustun 13-də Bakı limanını tərk edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Dəniz kuboku – 2017-nin qalibi Azərbaycan və Rusiya komandaları olub.