İran futbolçusu həbs edildi

İran futbolçusu həbs edildi

İran dövləti futbol üzrə milli komandanın üzvü Voria Qafurini həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, 35 yaşlı futbolçu İran hökumətini tənqid etdiyinə, ölkədə aylardır sürən etirazlara dəstək verdiyinə görə saxlanılıb.

Xatırladaq ki, Qafuri 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında İran millisinin heyətində yer alıb. Lakin o, Qətərdəki mundialın yekun siyahısına daxil edilməmişdi. Bunun məhz siyasi səbəblərlə bağlı olduğu bildirilir.

Teqlər: