SEPAH-ın quru qoşunları termobarik döyüş başlığı ilə təchiz edilmiş yerli istehsal olan raketi sınaqdan keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, “Fəcr-5” raketini termobarik döyüş başlığı ilə təchiz ediblər. “Fəcr-5″ 333 mm-lik raketdir və texnikanın idarə olunan versiyası artıq SEPAH-ın quru qüvvələrinə təhvil verilib”,- məlumatda deyilir.
Qeyd olunur ki, yeni döyüş başlığının dağıdıcı gücü trinitrotoluoldan 1,5 dəfə çoxdur ki, bu da raketin məhvetmə radiusunu və istilik effektini artırır.