Rusiyanın cəmi 120 ədəd “İsgəndər” raketi qalıb, indiyədək müasir raketlərin 80%-ə qədəri istifadə edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna ordusunun Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Mülki infrastruktura endirilən zərbələr zamanı düşmən müasir raketlərinin 80%-ə yaxınını istifadə edib”, – məlumatda qeyd edilib.
Kəşfiyyat İdarəsinin əməkdaşı Vadim Skibitskinin sözlərinə görə, kəşfiyyat Kremlin İrandan “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini almaq və onları hava yolu ilə Krıma, dəniz yolu ilə isə Xəzər dənizindəki Rusiya limanlarına göndərmək planlarından xəbərdardır.
“Biz bilirik ki, razılaşmalar artıq əldə edilib”, – o deyib.