İslam Respublikasının məhkəmə sistemi bu gün – dekabrın 8-də son etirazlarda həbs edilən Möhsün Şikarinin edam olunduğunu elan edib.
AzerTimes xəbər verir ki, bu, İranda davam edən etirazlarla bağlı ölüm hökmünün icra edildiyi ilk hadisədir. Bundan öncə etirazçının ölüm hökmündən verilən şikayətini apellyasiya məhkəməsi rədd etmişdi.
Qeyd edək ki, beynəlxalq insan haqları təşkilatları və İranda sünnilərin dini lideri Mövləvi Əbdülhəmid etirazçılara qarşı verilən edam hökmlərinin icra ediləcəyindən öz narahtlığını bildirmişdi.