İran Ermənistanla sərhəddə buraxılış məntəqəsi tikir

İran Ermənistanla sərhəddə buraxılış məntəqəsi tikir

İran-Ermənistan sərhədindəki “Mehri” nəzarət-buraxılış məntəqəsini İranın “Tana Energy Management” şirkəti tikəcək.

AzerTimes xəbər verir ki, nəzarət-buraxılış məntəqəsi AB-nin qrant vəsaitləri və Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına tikilir.

Şirkətin qiymət təklifi 18 milyon 495 min avro təşkil edib. Vəsaitin birinci tranşı ilin birinci yarısının sonuna qədər veriləcək.

Teqlər: