Yaxın vaxtlarda İran Rusiya, Ermənistan və Belarusla ticarət əməliyyatlarında milli valyutaya keçəcək və bu ölkələrdən malların idxalı üçün gömrük sərhədləri tamamilə açıq olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya-İran Birgə Ticarət və Sənaye Palatasının üzvü Kambiz Mirkazemi deyib.
Onun sözlərinə görə, 2024-cü ilin martında İran və Rusiya hər iki ölkədən malların idxalına görə gömrük rüsumlarının ləğvi barədə razılığa gəliblər.
“İran və Rusiya arasında gömrük rüsumları ilin sonuna kimi ləğv ediləcək”.