İran Ermənistan hökumətini Hindistan vasitəsilə BRICS+ və ya Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi formatına üzv olmağa inandıra bilər.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində olan Teleqram kanalı yazıb.
Bildirilir ki, bu vasitə ilə Ermənistan regionun təhlükəsizlik arxitekturasına inteqrasiya olunar, həmçinin İran vasitəsilə Avropa Birliyi ilə Hindistanı birləşdirən körpü rolunu oynaya bilər:
“Ermənistan regional siyasətdə və iqtisadiyyatda daha fəal rol oynaya biləcək. Avropanın sərhəd kəndi və ya döyüş bölgəsi olmaqdansa, Avropa və Rusiyanın təmsilçisi ol” – məlumatda yazılıb.