İran Ermənistanda avtomobil zavodu inşa edəcək.
AzerTimes “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Ticarətin Təşviqi Təşkilatının rəhbəri Əlirza Payman-Pak danışıb.
Agentlik bildirib ki, İran rəsmisi bu gün Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan ilə görüşüb və bu görüşdə tərəflər ticarət əlaqələrinin inkişafı, malların tranziti üçün alternativ yollar, Ermənistanda İran avtomobili istehsalı zavodunun tikintisi və müştərək avtomobilin tikintisini müzakirə ediblər.
Ermənistan tərəfi avtomobil istehsalı zavodunun fəaliyyətə başlamasının ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə ümid etdiyini bildirib.