İran Ermənistana niyə raketlər bağışlayır? – Patrik Uolş

İran Ermənistana niyə raketlər bağışlayır? – Patrik Uolş

Ermənistan Rusiyaya raketlər göndərmək üçün nəqliyyat qovşağı ola bilər.

AzerTimes xəbər verir ki, bunu irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş İranın Ermənistana bağışladığı raketlərlə bağlı danışarkən bildirib.

Ekspert qeyd edib ki, hazırda bu məlumatla bağlı dəqiq bilgilərə sahib deyil:

“Rusiya raket və artilleriya sahəsində çox böyük istehsal gücünə malikdir. O, bunlardan müharibədə geniş şəkildə istifadə edib. Lakin hərbi analitiklər hesab edir ki, Rusiyada çatışmazlıqların olması ehtimalı azdır. Pilotsuz təyyarələr məsələnin başqa bir tərəfidir, çünki Rusiya heç vaxt müharibədə dronlara bu qədər güvənmirdi və görünür ki, Rusiya Qarabağ müharibəsindən çıxarmalı olduğu dərsləri anlamaqda bir qədər gecikib. Ona görə də İranın ucuz dronları son vaxtlar Rusiyanın köməyinə gəlib. Bununla belə, Ermənistan Rusiyaya raketlər göndərmək üçün nəqliyyat qovşağı ola bilər”.

Ekspert Rusiyanın Ukraynaya qarşı işlətdiyi müharibə fəndlərindən də danışıb:

“Yadda saxlamaq lazımdır ki, Rusiya Kiyevin S-300 hava hücumundan müdafiə sistemlərini alt-üst etmək üçün saxta raketlərdən istifadə edib. Bu baxımdan daha az təkmilləşmiş raketlərdən istifadə eləmək (İran raketləri nəzərdə tutulur – red.) məntiqli olaraq daha əlverişlidir”.

Analitik Ermənistanla bağlı daha bir məqama da toxunur:

“Ola bilsin ki, İran Ermənistanın raket ehtiyacını təmin edərək bir növ Rusiyanın yerini doldurur. Eyni zamanda məlum məsələdir ki, Rusiya Ermənistanı müharibə aparmadığı dövrlərdə olduğu qədər raketlə təmin edə bilməz. Həmçinin, Moskvanın Bakı ilə əvvəlkindən daha sıx əlaqələri var və gələcəkdə Azərbaycanda sivil əhalinin yerləşdiyi yaşayış məntəqələrinə ballistik raketlərin atılması ehtimalına görə yarana biləcək mənfi nəticələrdən dolayı Kreml Ermənistanı raketlərlə təmin etməyə o qədər də meyilli deyil”.

Teqlər: