İranda yaşayan ermənilər Azərbaycan Respublikasının antiterror əməliyyatlarından təşvişə düşüblər.
AzerTimes xəbər verir ki, İran ermənilərinin fars və erməni dillərində yayımlanan “Araks” media orqanı Rusiyanı baş verən hadisələrdə ittiham edir.
Materiallarda Rusiyaya qarşı kəskin fikirlər səsləndirilir, Moskvanın Azərbaycan Respublikasının antiterror tədbiri keçirməsinə razı olması kəskin pislənilir.
“Rusiya sülhməramlı qüvvələri müqəvva rolunu belə oynaya bilmədi”,- nəşr qeyd edib.