İranın Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzura səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Zəngəzur qubernatorluğundan məlumat verilib.
Məlumata görə, oktyabrın 3-də baş tutan səfər zamanı iranlı səfir Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla görüşüb.
Görüş zamanı səfir bildirib ki, qubernatorla ilk görüşünü həm də “İran üçün ağrılı olan bir vəziyyətdə” keçirmək istəməzdi.
“Söhbət siyasi yox, humanitar məsələlərdən gedir”, – səfir bildrib.
Səfir Tehranın Zəngəzura göndərdiyi humanitar yardım barədə məlumat verib. Qeyd edib ki, bu, ilkin yardımdır və İrandan göndəriləcək əlavə dəstəyin daha aktual və məqsədəuyğun olması üçün qubernatordan Qarabağdan köçənlərin təcili, orta və uzunmüddətli ehtiyacları barədə məlumat istəyib.