İran Ermənistana məxsus maşınların ölkəyə girişini asanlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə Zəngəzur vilayət administrasiyası məlumat yayıb.
Bildirilib ki, avqust ayında imzalanmış müqaviləyə əsasən, Ermənistan nömrəli avtomobillərin sahibləri indi yalnız “Carnet de Passage” (nəqliyyat vasitəsinin ölkəyə müvəqqəti girişi üçün tələb olunan beynəlxalq gömrük bəyannaməsi) əldə etməlidirlər.
Bununla bağlı sentyabrın 28-də iki ölkə nümayəndələrinin işgüzar toplantısı keçirilib.
Məlumata görə, Ermənistan sürücülərinin “Carnet de Passage” ala bilmələri üçün Zəngəzurda tezliklə ofis açılacaq.