İran Əli Dayiyə qoyduğu qadağanı götürdü

İran Əli Dayiyə qoyduğu qadağanı götürdü

İranın məşhur futbolçusu Əli Dayinin ölkədən çıxış qadağası ləğv edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat verib.

“İran milli futbol komandasının keçmiş oyunçusu və baş məşqçisi Əli Dayiyə qoyulan qadağa götürülüb və o, həyat yoldaşı ilə birlikdə FİFA-nın ən yaxşı oyunçularının mükafatlandırılması mərasimində iştirak etmək üçün Parisə yola düşəcək”, – məlumatda deyilib.

Əli Dayinin qardaşı Məhəmməd Dayi də müsahibəsində qardaşına qoyulan qadağanın qaldırıldığını və heç bir probelmin olmadığını bildirib.

Teqlər: