İran hökumətinin ölkədə yaşayan əfqanıstanlı qaçqınlara qarşı təzyiqləri və onları deport etməsi halları son vaxtlar daha da artıb.
AzerTimes xəbər verir ki, bu barədə Taliban hökumətinin Qaçqınlar üzrə Nazirliyi məlumat yayıb.
Məlumatda son bir neçə ay ərzində əksəri uşaq olmaqla, İrandan 30 min əfqanıstanlı qaçqının geri qaytarıldığı bildirilib.
Qeyd edək ki, son vaxtlar İranın əfqan qaçqınlara təzyiqi Tehran rejimi ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.