Ukrayna Futbol Assosiasiyası İran millisinin dünya çempionatından kənarlaşdırılmasını istəyir.
AzerTimes xəbər verir ki, bununla bağlı Ukrayna tərəfi FİFA-ya müraciət edib.
“İran Rusiyaya hərbi yardım edir, həmçinin, ali futbol qurumunun nizamnaməsinin təşkilat üzvlərini insan hüquqlarına hörmətlə yanaşmağa və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa məcbur edən 3 və 4-cü maddələrini pozur”, – müraciətdə vurğulayıb.
Qeyd edək ki, dünya çempionatında İran seçməsi İngiltərə, ABŞ və Uelslə bir qrupda mübarizə aparacaq.