İran diplomatları Albaniyanın paytaxtından yola düşməzdən öncə səfirlikdəki sənədləri yandırıblar.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu gün ətrafdakılar İran səfirliyinin əməkdaşlarının metal çəlləkdə sənədləri yandırdıqlarını görüblər”, – məlumatda bildirilib.
Qeyd edək ki, intensiv kiberhücumlara cavab olaraq Albaniya hökuməti İran səfirliyinin əməkdaşlarına ölkəni tərk etmələri üçün 24 saat vaxt vermişdi.