İranın Livandakı səfiri Muştəpi Əmani Böyük Kilikiyanın Katolikosu Birinci Aramla görüşüb.
AzerTimes xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Bildirilib ki, Birinci Aram “artsax” məsələsinə toxunub, “beynəlxalq himayə altında olan ermənilərin qayıtmasından” bəhs edib, Bakıda mühakimə edilən erməni separatçıların azad edilməsi imkanlarından danışıb.
“Aram İran və Ermənistan arasındakı tarixi əlaqələri və xoş niyyəti nəzərə alaraq, İranın bu məsələyə müdaxiləsini istəyib”, – məlumatda bildirilir.