İran dini rəhbərinin sosial hesabları bağlandı

İran dini rəhbərinin sosial hesabları bağlandı

İranın dini rəhbəri Əli Xameneinin İnstaqram və Feysbuk sosial şəbəkələrindəki bütün səhifələri bağlanıb.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata əsasən, Xameneinin İnstaqramdakı farsdilli hesabının 5 milyondan çox izləyicisi olub.

Qeyd edək ki, “Meta” hələ ki, Xameneinin hesablarının bağlanma səbəbi ilə bağlı rəsmi bəyanat verməyib. Lakin bəzi kibertəhlükəsizlik ekspertləri hesab edir ki, onun səhifələrindəki HƏMAS və husiləri dəstəkləyən yazılar hesabların bağlanmasına səbəb ola bilər. Çünki bu şirkətin yayım siyasətində “təhlükəli insanları və təşkilatları tərifləmək, dəstəkləmək və ya təmsil etmək” və “zorakılığa təhrik” qayda pozuntusu sayılır və bunları etmək istifadəçilərə qadağandır.

Teqlər: