İran DİN bəyanat yaydı, xalqı hədələdi

İran DİN bəyanat yaydı, xalqı hədələdi

İran Daxili İşlər Nazirliyi bəyanat yayaraq, məcburi hicab qaydalarına riayət etməyənləri ağır cəzaların gözlədiyini bildirib.

AzerTimes xəbər verir ki, bəyanatda hicabın İran mədəniyyətinin əsas dayaqlarından, təməl prinsiplərindən olduğu və bu sahədə heç kimə güzəşt edilməyəcəyi qeyd edilib.

Nazirliyin bəyanatında məcburi hicab qaydalarını pozanların xarici düşmənlərin əlaltıları olduqları iddia olunub.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Teqlər: