İran parlamentinin 39 nəfərdən ibarət qrupu İranın Ali Milli Təhlükəsizlik Şurasını nüvə silahının hazırlanmasına icazə verməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə mediaya müraciətin təşəbbüskarı deputat Həsənəli Əhlaki Əmiri açıqlama verib.
“İranın nüvə silahı sahəsində müdafiə siyasətinə yenidən baxılmasını tələb edən məktub Ali Milli Təhlükəsizlik Şurasına göndərilib, bu məktub artıq 39 deputat tərəfindən imzalanıb”, – o bildirib.
Qeyd edək ki, İran uzun müddətdir ki, nüvə proqramının sülhməramlı xarakterini qoruduğunu, onun məqsədinin enerji və tibbi texnologiyaların inkişaf etdirilməsi olduğunu iddia edir.