İran parlamentinin nümayəndə heyəti HƏMAS-çılar və başqa antiisrail qüvvələrlə görüşərək, müzakirələr aparmaq üçün Livan və Suriyaya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə parlamentin Milli Təhlükəsizlik Komissiyasının sədri Vahid Cəlalzadə deyib.
“Milli Təhlükəsizlik Komissiyası Qəzza zolağında və işğal olunmuş ərazilərdə baş verənləri qiymətləndirmək üçün “İslami-Cihad” hərəkatı, HƏMAS və müvafiq qurumların nümayəndələri ilə görüşlər təşkil edib, bu əməliyyatın gələcəyi ilə bağlı proqnozları nəzərdən keçirib”, – o, qeyd edib.
Cəlalzadə baş verənlərlə bağlı parlamentin dövlətlə davamlı məsləhətləşmələr apardığını və İsrailə qarşı əməliyyatlarda hər cür dəstək verməyə hazır olduğunu deyib.