İran daxili işlər naziri seçkilərin yekun nəticəsini açıqladı – Rəisi prezidentdir

Xəbər - Elnur Bağışov – Trend:

13-cü çağırış İran prezident seçkilərində 17,9 milyon (61,9%) səslə İbrahim Rəisi qalib gəlib.

AzerTimes-ın məlumatına görə, bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumilikdə prezident seçkilərində 59,3 milyon nəfər seçicidən 28,3 milyon nəfər səs verib. Bu isə seçkidə iştirakın 48,8% təşkil etdiyini göstərir.

Rəhmani Fəzli əlavə edib ki, digər namizədlər Möhsün Rzayi 3,4 milyon (11,7%) səs, Əbdülnasir Hemməti 2,42 milyon səs (8,3%), Əmir Hüseyn Qazizadə Haşemi təxminən 1 milyon (3,4%) səs toplayıb. Seçkilərdə 3,72 milyon səs isə etibarsız səs sayılıb.


İranda 13-cü çağırış prezident seçkiləri ötən gün (18 iyun) keçirilib.