SEPAH Hörmüz boğazında Panama bayraqlı neft tankerini ələ keçirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 3-də yerli vaxtla təxminən 06.20-də (Bakı vaxtı ilə saat 07.50) Panama bayrağı altında üzən “Niovi” neft tankeri ələ keçirilib”, – məlumatda qeyd edilib.
Hadisənin təfərrüatı açıqlanmır.