İran hökuməti azyaşlı uşaqları hərbi təlimlərə və ideoloji kurslara cəlb etməkdə davam edir.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-a bağlı yarım-hərbi “Bəsic” qüvvələrinin Qəzvin əyalətindəki məsulu İbrahim Rəsulifər məlumat verib.
“Bu qəbildən olan tədbirlər çərçivəsində SEPAH may ayında Qəzvin əyalətində 8 min azyaşlı oğlan və qıza hərbi təlimlər keçməyi, atıcılıq dərsləri verməyi planlaşdırıb”, – o söyləyib.
Həmçinin, azyaşlıların şəhidlik üçün hazırlanması məqsədi ilə ideoloji dərslər keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, bu, İranın 1994-cü ildən qoşulduğu Uşaq Hüquqları Konvensiyasını pozulması deməkdir.