İran təhlükəsizlik məmurları ABŞ vətəndaşı olan qadını casusluq ittihamı ilə həbs ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “Xorasan” qəzeti məlumat yayıb.
Məlumatda İran əsilli qadının əvvəllər Əfqanıstanda qeyri-hökumət təşkilatlarında işlədiyi bildirilib.
O, bir neçə həftə əvvəl həbs edilsə də, barəsində xəbər avqustun 7-də yayılıb.
ABŞ saxlanılan qadının azad olunacağı tarixə qədər İranla məhbus mübadiləsi sazişinin icrasını dayandırıb.
Qeyd edəkki, hazırda 5 ABŞ vətəndaşı İranda həbsdədir.