İranın Rusiyanın “Mir” ödəniş sisteminə qoşulması yaxın günlərdə baş verə bilər.
AzerTimes xəbər verir ki, bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib.
“Mir” sistemi proqram təminatı baxımından uyğunlaşdırılmalıdır. Düşünürəm ki, bu sistem yaxın günlərdə istifadəyə veriləcək”, – Səfəri bildirib.
Qeyd edək ki, Rusiyanın “Mir” ödəniş sisteminin kartları hazırda Türkiyə, Vyetnam, Ermənistan, Cənubi Koreya, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyada istifadə olunur.