İran daha çox turist və iş adamı cəlb etmək məqsədi ilə Çin vətəndaşları üçün viza rejimini birtərəfli olaraq ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə İran Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin rəsmisi Ələsgər Şalbafian açıqlama verib.
“Çin vətəndaşlarına İranda yüksək səviyyədə xidmət göstəriləcək, həmçinin, təhlükəsizlikləri tam təmin olunacaq”, – o bildirib.
Qeyd edək ki, bir ay əvvəl Pekin Tehran və Ər-Riyad arasında diplomatik münasibətlərin bərpası üçün razılaşmaya vasitəçilik edib.