Martın 12-də İran, Çin və Rusiya birgə dəniz təliminə başlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Vurğulanıb ki, sabah – martın 12-i 3 ölkənin iştirakı ilə Hind okeanının şimalında “Dəniz təhlükəsizlik kəməri – 2024” təliminin əsas mərhələsi başlayacaq. Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin suüstü və uçuş bölmələri, Çin və Rusiyanın hərbi gəmilərininin iştirakı nəzərdə tutulur.