Nə qədər ki gec deyil, Qəzzada hərbi əməliyyatlar dayandırılmalıdır.
AzerTimes xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Girovları hərbi əməliyyatla azad etmək mümkün deyil, onlar partlayışlar nəticəsində ölə bilərlər. Vaşinqton və Təl-Əvivin bu müharibəni davam etdirməyə qərar verməsi Qəzza zolağında və İordan çayının qərb sahilində yeni bir soyqırım aktı olduğunu göstərir. Çox gec olmadan Qəzza zolağına qarşı təcavüzü dərhal dayandırın”, – Abdullahian bildirib.