İsrail ərazisinə bu yaxınlarda edilən hücum planetin digər ölkələrini nə gözlədiyinin “sadəcə elanı” idi, ona görə də Tehranı mümkün qədər tez dayandırmaq lazımdır.
AzerTimes xəbər verir ki, bunu İsrail xarici işlər naziri İsrail Katz deyib.
“İran raketləri: sizə yaxın bir şəhərə doğru gedir. Çox gec olmadan İranı dayandırın. Dünya SEPAH-ı terror təşkilatı kimi tanımalı və İranın ballistik raket proqramına qarşı sanksiyalar tətbiq etməlidir”, – nazir bildirib.