İran Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib.
AzerTimes xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında türkiyəli deputat Yunis Kılıç deyib.
“Əlbəttə, biz bu hadisəni pisləyirik. İran diplomatik missiyanın təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib. Bu, qınanılmalıdır. Türkiyə həmişə Azərbaycanın yanındadır”, – deputat bildirib.