İran dövlətçiliyi farsçılığın üzərində qurulduğu üçün türk amilinə düşmən münasibət bəsləyir, buna görə də Azərbaycana qarşı düşmənçilik edir.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Çikaqo şəhərində yaşayan güney azərbaycanlı, GunAzTV-nin rəhbəri Əhməd Obalı deyib.
Onun sözlərinə görə, Azərbaycanın nüfuzu artdıqca İranın mövqeyi dəyişməz qalacaq:
“İran düşünür ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti onun Cənubi Qafqazdakı mövqeyini zəiflətdi”.
Siyasətçi eyni zamanda bildirib ki, İranda azad qadın anlayışı yoxdur və ölkə demokratik meyarlardan çox geri qalıb.