İran Livana könüllü qoşun göndərməyə hazırlaşır.
AzerTimes “Azad İran” kanalına istinadla xəbər verir ki, bu barədə Fələstin Xalqının İslam İnqilabına Dəstək üzrə Prezident Komitəsinin rəhbəri Abbasəli Əxtəri deyib.
O, yaxın bir neçə gün ərzində Livana qoşun göndərilməsi üçün qeydiyyatın başlanacağını bildirib.
O qeyd edib ki, İran İsrailin Livana hücumuna biganə qala bilməz.