Almaniyanın şimal və qərbində yəhudi mərkəzlərinə hücumlarda İranın əli olduğu ortaya çıxıb.
AzerTimes xəbər verir ki, Almaniya hüquq-mühafizə orqanlarının məlumatına əsasən, Şimali Reyn-Vestfaliya əyalətindəki sinaqoq da daxil olmaqla, bu hücumlara görə İran İnqilab Keşikçiləri və bir nəfər İran əsilli alman vətəndaşı məsuliyyət daşıyır.
Müstəntiqlər bu ilin noyabr ayının ortalarında Essen şəhərindəki köhnə sinaqoqda baş verən atışma, Bohum şəhərində sinaqoqun yandırılması və Dortmundda sinaqoqu yandırmağa cəhd arasında əlaqələrin olduğunu bildiriblər.
Qeyd edilir ki, Ramin Y. adlı iran əsilli alman vətəndaşı “Hells Angels” (Cəhənnəm Mələkləri) klubunda çalışıb və qrupun rəhbərlərindən biridir. Təhlükəsizlik orqanları hesab edir ki, bu şəxs İran İnqilabı Keşikçiləri Korpusunun Almaniyada əməliyyat yetkilisidir
Ramin Y. 2021-ci ilin sentyabrında İrana qaçıb. Ancaq bu hadisələrlə bağlı noyabrın 18-də Dortmund şəhərində başqa bir 35 yaşlı iran əsilli alman vətəndaşı həbs edilib.
İddiaya görə, 35 yaşlı iranlı Dortmund sinaqoqunda yanğın törətmək üçün başqa bir adamı razı salmağa çalışaraq, əməkdaşlıq etməyəcəyi təqdirdə hədələyib. Ancaq bu şəxs polisə müraciət edib.
Qeyd edək ki, müstəntiqlərdən biri bu hücumları “dövlət terroru” adlandırıb.