İran və Sudan diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hər iki ölkə tezliklə öz ərazilərində bir-birlərinin səfirliklərini açacaq və əməkdaşlığın inkişafını müzakirə etmək üçün rəsmi nümayəndə heyətləri yaradacaqlar.