Beynəlxalq Atçılıq Federasiyası İranın adını təşkilata üzv ölkələr siyahısından çıxarıb.
AzerTimes xəbər verir ki, Beynəlxalq Atçılıq Federasiyasının yaydığı açıqlamada qeyd olunub.
İranın daimi üzvlüyünün ləğv edilməsinin səbəbi kimi bu ölkənin Atçılıq Federasiyasının ilkin şərtlərə və protokollara riayət etməməsi göstərilib.
Bildirilib ki, yeni üzvlərdən klubların maliyyə məsələləri ilə bağlı beş il ərzində quruma illik hesabat təqdim etmələri tələb olunsa da, İran tərəfi buna əməl etməyib.