İran bu gündən qonşu ölkələrlə quru sərhədlərini açıb

Xəbər - Elnur Bağışov – Trend:

İran koronavirusla əlaqədar qonşu ölkələrlə quru sərhədlərdən vətəndaşların keçidinə tətbiq etdiyi məhdudiyyəti ləğv edib.

AzerTimes-ın məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında deyib.

Ə.Vəhidinin sözlərinə görə, qonşu ölkələrə vətəndaşların gediş-gəlişi PCR testi və iki doza vaksinlə mümkündür. Bundan başqa bəzi Afrika ölkələri ilə də tətbiq olunan məhdudiyyətlər ləğv edilib:


“Lakin bəzi Avropa ölkələri, o cümlədən Fransa və İngiltərə ilə tətbiq olunan məhdudiyyətlər öz qüvvəsindədir. Digər ölkələrə aid məhdudiyyətlər isə araşdırılmaqdadır”, – deyə o bildirib.

Qeyd edək ki, 25 dekabrda İran qonşu ölkələrlə quru sərhədlərinin vətəndaşlar üçün 15 gün müddətinə bağlı olduğunu elan etmişdi.

Teqlər: