ABŞ İranın 100-dən çox pilotsuz təyyarə və onlarla raketlə İsrailə qarşı hücumunun aprelin 12-də baş verəcəyini gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə “CBS Nyus” amerikalı məmurlara istinadla məlumat yayıb.
“Cümə günü İranın İsrailə böyük bir hücumu gözlənilir. İsraildəki hərbi hədəfləri hədəf alan 100-dən çox pilotsuz təyyarə və onlarla raketdən istifadə oluna bilər”, – mənbə bildirib.
Mənbənin sözlərinə görə, İsrailin bu böyüklükdə hücuma qarşı müdafiəsi çətin olacaq.