İran hazırda İsrailə təzyiq göstərmək üçün yeni yollar axtarır və İordan çayının Qərb sahilində istənilən agentlərini silahlandırmaq üçün əlindən gələni edir.
AzerTimes xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
O əlavə edib ki, İran regiona pul və silah göndərib, təxribatçıların hazırlanması üçün təlimatçıları işə salmağa çalışır:
“Biz İranın planlaşdırdığı faktiki əməliyyatları həyata keçirmək imkanını əngəlləyirik, Hizbullah və HƏMAS-ı vururuq”.