İran BRİKS-ə qoşulmaq istəyir

İran BRİKS-ə qoşulmaq istəyir

İran hakimiyyəti BRİKS qrupuna üzvlük üçün müraciət ünvanlayıb.

AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə deyib.

“İran XİN rəhbəri üzvlüklə bağlı müraciəti açıqladı. Çin rəhbəri İran prezidentini İbrahim Rəisini dəvət etdi və o çıxış etdi. Ümid edirəm ki, bundan sonra da fayda gətirə biləcəyik və BRİKS bizə dəyər qatacaq”, – deyə sözçü bildirib.

Qeyd edək ki, BRİKS qrupuna Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir.

Teqlər: