ABŞ Prezidenti Co Bayden İsrailin İrana qarşı qeyri-qanuni hərbi təcavüzünü açıq şəkildə təsdiqləyib və dəstəklədiyini bildirib.
AzerTimes xəbər verir ki, bu sözlər İranın BMT-dəki missiyasının qurumun Təhlükəsizlik Şurasına müraciətində əksini tapıb.
İran nümayəndəliyi bunun sübutu kimi ABŞ Prezidenti Baydenin Almaniyada verdiyi açıqlamasını göstərib:
“Birləşmiş Ştatlar İsrailin İrana qarşı hər hansı təcavüz aktının qızışdırılmasında, təhrik edilməsində roluna, eləcə də regional və beynəlxalq sülh və təhlükəsizlik üçün fəlakətli nəticələrə görə tam məsuliyyət daşıyacaq”.
Qeyd edək ki, Berlində səfərdə olan Bayden jurnalistlərə açıqlamasında İsrailin İranın raket hücumlarına necə və nə vaxt cavab verəcəyi ilə bağlı məlumatlı olduğunu bildirmişdi.