İran bir neçə gün ərzində atom silahı istehsalı üçün nüvə materialı əldə etməyə qadirdir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Koloradoda keçirilən təhlükəsizlik forumunda bildirib.
Amerikanın baş diplomatı İran və bir sıra böyük dövlətlər arasında imzalanmış nüvə sazişinin dağılmasından şikayətlənib.
Dövlət katibi deyib ki, saziş artıq qüvvədə olmadığı üçün Tehran nüvə proqramını bərpa edə bilib və bomba üçün nüvə materialı əldə etməkdə əhəmiyyətli irəliləyiş əldə edib.