İran Belarus Silahlı Qüvvələrinin bölmələrini keçiriləcək çoxtərəfli təlimlərə dəvət edib.
AzerTimes xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Valeri Revenko deyib.
“Hərbi əməkdaşlıq üzrə ilk birgə Belarus-İran idarələrarası komissiyasının işinin nəticələrinə əsasən, beynəlxalq hərbi əməkdaşlıq üzrə praktiki tədbirlərin siyahısı hazırlanıb. Xüsusilə, Belarus Silahlı Qüvvələrinin bölmələri İranda çoxtərəfli təlimlərə, İran hərbçiləri də Belarusda keçiriləcək Ordu Oyunlarında iştiraka dəvət olunub”, – Revenko bildirib.