İran başqa millətə görə savaşa girməyəcək – “Keyhan”

İran başqa millətə görə savaşa girməyəcək – “Keyhan”

Əli Xameneinin ofisinin media orqanı sayılan “Keyhan” qəzeti İranın Qəzzada müharibəyə qoşulub-qoşulmayacağı ilə bağlı sualı cavablandırıb.

AzerTimes xəbər verir ki, qəzet İranın başqa millətin yerinə müharibə etməyəcəyini yazıb.

“İslam inqilabının məqsədi xalqların oyanması və güclənməsi üzərində qurulub. Təbii ki, azad olmaq iradəsi olan hər bir məzlum milləti dəstəkləyir və gücləndiririk. Ancaq İran heç bir xalqın yerinə döyüşə girməyəcək”, – “Keyhan” qeyd edib.

Qeyd edək ki, son günlər ABŞ-ın SEPAH-ın Suriyadakı bazalarına hava zərbələri, Co Baydenin İrana daha ağır cavab veriləcəyi barədə xəbərdarlığından sonra rəsmi Tehranın Qəzza ilə bağlı bəyanatlarında dəyişiklik hiss olunur.

Teqlər: